Qrup terapiyası (Könüllü qrupu)

06.07.2019-cu il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Könüllü Fəaliyyət Proqramının üzvləri üçün qrup terapiyası keçirildi.
Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru, eyni zamanda Könüllü Fəaliyyət Qrupunun rəhbəri, psixoloq Nərmin Quliyeva tərəfindən keçirilən qrup terapiyası şəxsiyyətlərarası münasibətləri yaxşılaşdırmaq, ünsiyyət çətinliklərini aradan qaldırmaq, empati hissini gücləndirmək, problemləri birlikdə həll etmək və s. xidmət edir.
Könüllü Fəaliyyət Proqramının hər bir üzvü tərəfindən bəyənilən qrup terapiyası üçün Nərmin xanıma təşəkkürümüzü bildirir, könüllülərimizə uğurlar diləyirik.

"