Superviziya -6 (X-XI siniflər üzrə məktəb psixoloqları üçün)

Təhsil Nazirliyi və Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə əməkdaşlığı çərçivəsində Virtual Məktəbdə təhsilalanlar və onların valideynlərinə psixoloji xidmət göstərmək üçün müraciət edib müsahibə mərhələsindən uğurla keçən, 10-11-ci siniflərlə psixoloji iş aparan məktəb psixoloqları üçün 15.08.2020 tarixində superviziya keçirildi.
Superviziya Psixologiya Elmi-Tədqiqat İnstitutunun İnkişaf və Yaş Psixologiyası şöbəsinin əməkdaşı, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, uzman psixoloq Nəzrin Məmmədzadənin təqdimatında baş tutdu.
Superviziya zamanı Nəzrin xanım "Etik prinsiplər" mövzusunda ətraflı çıxış edərək, mövzu üzrə mühüm məqamları məktəb psixoloqlarının diqqətinə çatdırdı. Həmçinin məktəb psixoloqlarının çətinlik çəkdiyi məqamlar aydınlaşdırıldı.
Nəzrin xanıma təşəkkürümüzü bildirir, məktəb psixoloqlarına uğurlar arzu edirik!

"