Təhsil Nazirliyi və Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə əməkdaşlığı çərçivəsində Virtual Məktəbdə təhsilalanlar və onların valideynlərinə psixoloji xidmət göstərmək üçün müraciət edən məktəb psixoloqlarının müsahibə mərhələsi

Təhsil Nazirliyi və Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə əməkdaşlığı çərçivəsində Virtual Məktəbdə təhsilalanlar və onların valideynlərinə psixoloji xidmət göstərmək üçün müraciət edən məktəb psixoloqları 19, 20, 21 İyun 2020 tarixlərində "Zoom" proqramı vasitəsilə müsahibədə iştirak etmişlər. Müsahibədə iştirak edən məktəb psixoloqlarının bilik və bacarıqları ilə tanış olmaq üçün müxtəlif istiqamətlərdə suallar, situativ tapşırıqlar verilmiş, nəticələri dəyərləndirmişdir.
Qeyd edək ki, müsahibə mərhələsindən uğurla keçən məktəb psixoloqlarına layihə çərçivəsində təlimlər keçirilir.
Müsahibədən uğurla keçən hər bir psixoloqu təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq.
Layihənin icrasında və həyata keçməsində əməyi keçən hər kəsə təşəkkürümüzü bildiririk!
Müsahibə mərhələsindən fotoları sizinlə paylaşırıq.

"