Tələbə Təcrübə Proqramı 2 - "Psixoloji məsləhətdə ilkin dəyərləndirmə"

Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsinin Psixologiya ixtisası üzrə təhsil alan və institutumuzda təcrübə keçən lV kurs tələbələri üçün növbəti təlim 25 fevral 2020 tarixində baş tutdu.
Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin psixoloqu Xəyalə Zalıyevanın təqdimatında baş tutan təlim "Psixoloji məsləhətdə ilkin dəyərləndirmə" mövzusunu əhatə etdi.
Xəyalə xanıma öz bilik və təcrübəsini tələbələrlə paylaşdığı üçün təşəkkürümüzü bildirir, təcrübəçi tələbələrə uğurlar arzu edirik.


"