Tələbə Təcrübə Proqramı 2 - Bakı Dövlət Universiteti

17.02.2020 tarixində Bakı Dövlət Universitetinin "Sosial Elmlər və Psixologiya" fakültəsinin Psixologiya ixtisası üzrə təhsil alan IV kurs tələbələri ilə institutumuzda görüş keçirildi. Tələbələr təcrübə proqramı əsasında qarşıdakı üç ay müddətində Psixologiya Elmi-Tədqiqat İnstitutunda təcrübə keçəcəklər.
Baş tutan görüşdə Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov tələbələr qarşısında çıxış edərək Psixologiya Elmi -Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən şöbələr və mərkəzlər haqqında məlumat verdi, institutun əsas fəaliyyət istiqamətləri ilə tələbələri tanış etdi. Elnur Rüstəmov çıxışın sonunda təcrübə proqramına əsasən hər iki tərəfin qarşısında duran vəzifə və öhdəliklərdən danışaraq tələbələrə uğurlar arzuladı.
Ardınca Layihələrin İdarə Edilməsi şöbəsinin müdiri, eyni zamanda 3 aylıq təcrübə proqramının rəhbəri, psixoloq Nərmin Quliyeva çıxış edib təcrübə proqramı haqda tələbələrə məlumat verdi, onları maraqlandıran sualları cavablandırdı.
Daha sonra Marketinq və İctimaiyyətlə Əlaqələr şöbəsinin mütəxəssisi, təcrübə proqramı koordinatoru, psixoloq Sevinc Məmmədzadə çıxış etdi, təcrübə müddətindəki nizam-intizam, davamiyyət qaydaları haqda tələbələri təlimatlandırdı.
Onu da qeyd edək ki, tələbələrimiz bu müddət ərzində Psixologiya Elmi-Tədqiqat İnstitutunda peşə bilik və bacarıqları üzrə nəzəri və praktik hissəni əhatə edən təcrübə proqramı keçəcəklər.
Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq bütün tələbələrə uğurlar arzulayırıq!


"