Tələbə təcrübə proqramı - "Psixoloji məsləhət prosesi"

17.04.2019-cu il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunun rəhbəri Elnur Rüstəmov institutumuzda praktik təcrübə keçən, Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsinin Psixologiya ixtisası üzrə təhsil alan və Bakı Qızlar Universitetinin Sosial Pedaqoji fakültəsinin Təhsildə sosial-psixoloji xidmət ixtisası üzrə təhsil alan lV kurs tələbələrinə "Psixoloji Məsləhət" mövzusunda təlim tədris etmişdir. Elnur Rüstəmov təlimdə psixoloji məsləhət prosesinin əsas mahiyyəti, psixoloq fəaliyyətinə qoyulan tələblər, etik normalar, standartlar və s. haqqında ətraflı məlumat vermiş, həmçinin tələbələrin fikirlərini dinləyərək, onların suallarını cavablandırmışdır. 
Praktik məlumatlarla zəngin təlim üçün Elnur Rüstəmova təşəkkürümüzü bildirir, təcrübəçi tələbələrimizə uğurlar diləyirik.


"