Tələbə təcrübə proqramı - "Qrup terapiyası-2"

07.05.2019-cu il tarixində Bakı Qızlar Universitetinin Sosial Pedaqoji fakültəsinin Təhsildə sosial-psixoloji xidmət ixtisası üzrə təhsil alan və Psixologiya Elmi-Tədqiqat İnstitutunda praktik təcrübə keçən IV kurs tələbələri üçün institutun nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru Nərmin Quliyevanın rəhbərliyi ilə qrup terapiyası keçirilmişdir. Şəxsiyyətlərarası münasibətləri yaxşılaşdırmaq, ünsiyyət çətinliklərini aradan qaldırmaq, empati hissini gücləndirmək, problemləri birlikdə həll etmək və s. xidmət edən qrup terapiyası qarşılıqlı diskussiya, müzakirə şəklində aparılmışdır. 
Qrup terapiyanın institutumuzun həyətində açıq hava şəraitində təşkil olunması da tələbələrdə müsbət ab-hava yaratmışdır.
Qrup terapiyanı təşkil etdiyi üçün Nərmin Quliyevaya təşəkkürümüzü bildirir, təcrübəçi tələbələrimizə uğurlar arzu edirik.

"