Tələbə təcrübə proqramı - "Sosial münasibətlərin psixofizioloji əsasları"

20.02.2019-cu il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin psixoloqu Fuad Əsədov Psixologiya Elmi-Tədqiqat İnstitutunda təcrübə keçən Bakı Dövlət Universitetinin "Sosial Elmlər və Psixologiya" fakültəsinin Psixologiya ixtisası üzrə təhsil alan IV kurs tələbələrinə "Sosial münasibətlərin psixofizioloji əsasları" mövzusunda təlim keçmişdir. Fuad bəyə təşəkkürümüzü bildirir, təcrübəçi tələbələrimizə uğurlar arzu edirik.


"