Tələbələrin təcrübə proqramı

19.02.2019 tarixində Bakı Dövlət Universitetinin "Sosial Elmlər və Psixologiya" fakültəsinin Psixologiya ixtisası üzrə təhsil alan IV kurs tələbələri ilə institutumuzda görüş keçirildi. Tələbələr təcrübə proqramı əsasında qarşıdakı üç ay müddətində Psixologiya Elmi-Tədqiqat İnstitutunda təcrübə keçəcəklər.
Baş tutan görüşdə institutun rəhbəri Elnur Rüstəmov tələbələr qarşısında çıxış edərək Psixologiya Elmi -Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən şöbələr və mərkəzlər haqqında məlumat verdi, institutun əsas fəaliyyət istiqamətləri ilə tələbələri tanış etdi. Elnur Rüstəmov çıxışın sonunda təcrübə proqramına əsasən hər iki tərəfin qarşısında duran vəzifə və öhdəliklərdən danışaraq tələbələrə uğurlar arzuladı. 
Onu da qeyd edək ki, tələbələrimiz bu müddət ərzində təyin olunmuş ardıcıllıqla Psixologiya Elmi-Tədqiqat İnstitutunda, Narınc Psixologiya Mərkəzində və Respublika Narkoloji Mərkəzində peşə bilik və bacarıqları üzrə nəzəri və praktik hissəni əhatə edən təcrübə proqramı keçəcəklər. 
Bütün tələbələrə uğurlar arzulayırıq!


"