Uşaq Psixologiyası Kursu - sertifikat

Uşaq Psixologiyası Kursumuzun məzunları ilə son görüşümüz Narınc Psixologiya Mərkəzində baş tutdu.
Narınc Psixologiya Mərkəzinin rəhbəri, klinik psixoloq Narınc Rüstəmovanın təqdimatında institutumuzda tədris olunan Uşaq Psixologiyası Kursunun bütün iştirakçıları sertifikasiya imtahanında yüksək nəticə göstərərək Sertifikata layiq görüldülər.
28.01.2020 tarixində Narınc Psixologiya Mərkəzində kurs iştirakçılarımızla görüş təşkil edib onları məzun etdik.
Klinik psixoloq Narınc Rüstəmova çıxış edərək imtahan nəticələrindən çox məmnun qaldığını bildirdi, iştirakçılara kursda qazandıqları bilik və təcrübəni öz həyat və fəaliyyətlərində uğurla tətbiq etməyi arzuladı.
Kurs iştirakçıları da öz məmnuniyyət rəylərilə çıxış edib kurs haqqında xoş təəssüratlarını paylaşdılar.
Uşaq Psixologiyası Kursunun məzunlarına Sertifikat təqdim olundu, xatirə fotoları çəkildi.
Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq biz də məzunlarımıza uğurlar arzu edir, Narınc xanıma öz bilik və təcrübələrini paylaşaraq kursun uğurlu tədrisi üçün təşəkkürümüzü bildiririk.


"