Zəfər kurslarında təhsil alan abituriyentlərlə görüş keçirilmişdir

Psixologiya Elmi-Tədqiqat İnstitutunun Yaş və İnkişaf Psixologiyası şöbəsinin müdiri, psixoloq Mətanət Əliyeva Zəfər kurslarında təhsil alan abituriyentlərlə görüş keçirmişdir. Görüşdə “İmtahanqabağı stress və onun idarə olunması” mövzusundan bəhs olunmuşdur. Abituriyentlər “Sterss nədir”, “Stressin yaranma mərhələləri” və “Stressin idarə olunma üsulları” haqqında biliklərə yiyələndilər. Görüşün sonunda Mətanət xanım abituriyentlərin suallarını cavablamışdır.

Psixologiya Elmi-Tədqiqat İnstitutu adından bütün abituriyentlərə uğurlar arzu edirik.



"