"Psixologiya və Cəmiyyətin İctimai Praktikası" mövzusunda müzakirə

03.03.2019-cu il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Yaş və İnkişaf Psixologiyası şöbəsinin müdiri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Yaş və Pedaqoji Psixologiya kafedrasının müəllimi, psixologiya üzrə fəlsəfə doktoru, dosent Edison Quliyevin təqdimatında müzakirə saatı keçirildi. "Psixologiya və Cəmiyyətin İctimai Praktikası" mövzusunda keçən müzakirədə Edison Quliyev psixologiya elminin qədim tarixindən, günümüzə qədərki inkişafından bəhs etmiş, həmçinin iştirakçıların suallarını cavablandırmışdır. Hər kəsin zəngin biliklər əldə edərək məmnun ayrıldıqları görüş üçün Edison Quliyevə təşəkkürümüzü bildiririk.


"