"Şöhrət" ordeni

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən, Bakı Dövlət Universitetinin 100 illiyi ( 1919 - 2019) ilə əlaqədar Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Milli Məclisinin Elm və Təhsil Komitəsinin sədr müavini, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Bakı Dövlət Universitetinin Psixologiya kafedrasının müdiri, Müasir Azərbaycan Psixoloqları İctimai Birliyinin İdarə heyətinin sədri, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi rəhbəri, direktoru, professor Bəxtiyar Əliyev "Şöhrət" ordeni ilə təltif olunub.
Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq başda sədr Elnur Rüstəmov və bütün kollektivimiz adından professor Bəxtiyar Əliyevi səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı, elmi fəaliyyətində uğurlar arzu edirik!

 


"