llI Könüllü Fəaliyyət Proqramı - görüş

05.10.2019-cu il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunun təşkil etdiyi lll Könüllü Fəaliyyət Proqramına müsahibə əsasında qəbul olanlarla ilk görüşümüz baş tutdu.
Görüşdə Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov, könüllü fəaliyyət qrupunun rəhbəri Nərmin Quliyeva və qrup koordinatoru Sevinc Məmmədzadə iştirak etmişlər.
Elnur Rüstəmov çıxış edərək institutun nəzdində fəaliyyət göstərən şöbələr və mərkəzlər, onların əsas fəaliyyət istiqamətləri haqqında könüllülərə məlumat vermiş, qarşıda görüləcək işlərlə bağlı fikirlərini bildirmiş və başladıqları yeni yolda könüllülərin hər birinə uğurlar arzu etmişdir.
Nərmin Quliyeva və Sevinc Məmmədzadə Könüllü Fəaliyyət Proqramının mahiyyəti, məzmunu haqda məlumat vermiş, könüllülər arasında iş bölgüsü etmişlər.
Həmçinin könüllü qrupun üzvləri də öz təklif və ideyalarını səsləndirmişlər.
Biz də Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq yeni könüllü qrupumuzla bir çox uğurlu işlər görəcəyimizə inanır, qrupun hər bir üzvünə uğurlar diləyirik!


"