lll Könüllü Fəaliyyət Qrupu - iclas

14.12.2019 tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda lll Könüllü Fəaliyyət Qrupu ilə iclas keçirildi. İclasda lll Könüllü Fəaliyyət Qrupunun rəhbəri, Elmi-Psixoloji Layihələrin İdarə Edilməsi şöbəsinin müdiri, psixoloq Nərmin Quliyeva, qrup koordinatoru, Marketinq və İctimaiyyətlə Əlaqələr şöbəsinin mütəxəssisi, psixoloq Sevinc Məmmədzadə iştirak etdilər. İclasda könüllülərlə görülən işlərin nəticələri nəzərdən keçirildi, qarşıda həyata keçirilməsi planlaşdırılan işlər müzakirə edildi, könüllülərin ideya və təklifləri dinlənilib dəyərləndirildi.
Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq lll Könüllü Fəaliyyət Qrupumuzun üzvlərinə uğurlar, müvəffəqiyyətlər arzu edirik.


"