Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, f.ü.f.d. Elnur Rüstəmov informator.az saytına “Pollyanna sindromu” barədə müsahibə verib

Bəs bu sindrom psixoterapiyada hansısa təhlükə yarada bilərmi ? Bu barədə psixoloq, Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov “İnformator.az”a açıqlamasında bildirib ki, Polyanna sindromunun mənfi tərəfləri və psixoterapiyada yaratdığı təhlükələr, insanın mənfi reallıqları qəbul etmədən yalnız müsbət tərəflərə fokuslanması ilə əlaqədardır: “Bu sindrom, insana qısa müddət ərzində özünü yaxşı hiss etdirə bilər, lakin uzun […]
Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, f.ü.f.d. Elnur Rüstəmov bakivaxti.az saytına müsahibə verib

Bakıvaxtı.az-a açıqlama verən psixoloq Elnur Rüstəmov bildirib ki, Zəfər Günü yaxınlaşdıqca, şəhidlərimiz və qazilərimizlə bağlı düşüncələrimiz bir daha dərinləşir və onların fədakarlığı, Ali Baş Komandanın müdrik siyasəti, Azərbaycan xalqının həmrəyliyi sayəsində əldə etdiyimiz bu zəfər, Azərbaycan xalqının milli mənlik şüurunun və vətənpərvərlik ruhunun nə qədər güclü olduğunu göstərir. E.Rüstəmovun sözlərinə görə, bu dəyərlər sadəcə bir […]
Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, f.ü.f.d. Elnur Rüstəmov crossmedia.az saytına “Depressiyadan əziyyət çəkən insanlarda həyata qarşı maraq və sevinc hissinin itməsi” mövzusu ilə bağlı müsahibə verib

“Depressiya insanın emosional, fiziki və zehni vəziyyətinə mənfi təsir göstərən, uzun müddət davam edən psixoloji pozuntudur”. Bu sözləri Crossmedia.az-a açıqlamasında psixoloq Elnur Rüstəmov deyib. O qeyd edib ki, bu pozuntu insanın gündəlik fəaliyyətinə, iş qabiliyyətinə, sosial münasibətlərinə və ümumi həyat keyfiyyətinə ciddi mənfi təsir göstərir. Psixoloq depressiyanın əsas əlamətlərini açıqlayıb: “Depressiyanın əsas əlamətləri kimi daimi kədər və emosional […]
Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, f.ü.f.d. Elnur Rüstəmov informator.az saytına müsahibə verib

İnsanların bu qədər “caniliyə”, cinayətə meyilli olmasının səbəbi nədir? Mövzu ilə bağlı psixoloq Elnur Rüstəmov ” informator.az”a müsahibəsində bildirir ki, cinayət hadisələrinin artmasının səbəbləri kompleks və çoxşaxəlidir: “İnsanların cinayətə meyillənməsində bir çox faktorlar təsir göstərir. Öncəliklə psixoloji faktorları qeyd etmək istərdim. Belə ki, psixoloji travmalar, emosional və davranış pozuntuları cinayətə meyillilik yarada bilər. Xüsusilə, bu […]
Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, f.ü.f.d. Elnur Rüstəmov tns.az saytına müsahibə verib

“Valideynlər uşaqların hansı oyunları oynadığına nəzarət etməli və onları yaşlarına uyğun oyunlarla məhdudlaşdırmalıdırlar. Psixoloji həssaslığı olan şəxslərə bu cür oyunlardan çəkinməyi tövsiyyə olunmalıdır”. Bu sözləri TNS-ə Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov deyib. Psixoloq bildirib ki, qorxulu oyunların insan psixologiyasına təsiri mürəkkəbdir və bir neçə fərqli faktorla bağlıdır. Bu, oyunların məzmunundan, oynayan şəxsin […]
Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, f.ü.f.d. Elnur Rüstəmov iqtisadiyyat.az saytına valideyn-uşaq modelləri ilə bağlı müsahibə verib

“İnsan öz inkişafında müxtəlif mərhələlərdən keçir və hər bir dövr şəxsiyyətin inkişafına müəyyən təsir göstərir. Hər yeni doğulan uşaq dünyaya göz açdığı gündən başlayaraq ətraf aləmlə təmasda olur. Dünyaya gələn gündən uşaqlara lazımi imkanların yaradılması onların hərtərəfli inkişafında mühüm rol oynayır. Məhz bu səbəbdən uşağın şəxsiyyətinin formalaşmasında həm fiziki, həm də psixi inkişaf vacib amildir. […]
Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, f.ü.f.d. Elnur Rüstəmov oxu.az saytına son zamanlar məktəblərdə yeniyetmələr arasında yaşanan problemlə bağlı müsahibə verib

“Tədris ili yeni başlayıb. Məktəbə adaptasiya prosesində şagirdlərin bir qisminin çətinlik yaşadığının şahidi oluruq. Xüsusən davranış pozuntusu olan, çətin tərbiyə edilən məktəblilər bu mərhələdə həm məktəb, həm ailə, həm də cəmiyyət üçün problem yaradırlar. Bu kateqoriyadan olan yeniyetmələrdə aqressiya və kəsici alətlərlə zorakılıq hallarının artmasının müxtəlif psixoloji və sosial səbəbləri var. Psixoloji baxımdan bu məsələyə […]
Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, f.ü.f.d. Elnur Rüstəmov azerbaijan-news.az saytına müsahibə verib

2 Oktyabr dünyada Beynəlxalq Qeyri-Zorakılıq Günü kimi qeyd edilir. Qeyri-Zorakılıq Günü insanları yalnız bu gün deyil, həmişə zorakılığa qarşı birləşməyə, sülhə, empatiyaya və sağlam cəmiyyətin üzvü olmağa səsləyir. Zorakılıq dedikdə, aqressiya və təzyiq vasitəsilə başqasının iradəsinə qarşı hərəkət etmək nəzərdə tutulur. Hər il dünyada 1,6 milyondan çox insan zorakılıq nəticəsində həyatını itirir. Bu gün insanlar […]
F.ü.f.d. Elnur Rüstəmov konkret.az saytına müsahibə verib

Son dövrlər cəmiyyətdə neqativ hadisələrin artmasını müşahidə edirik. Kimi yoldaşını pəncərədən ataraq canına qəsd edir, kimi əsəbinə hakim ola bilməyib oğlunu qətlə yetirir, kimi isə həyatına son verərək intihar edir. Bu tip aqressiv davranışların artmasının səbəbi nədir? Bu hadisələrin baş verməsinin qarşısını necə almaq olar? KONKRET.az Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmovun fikirlərini öyrənib. […]
F.ü.f.d. Elnur Rüstəmov sherg.az saytına müsahibə verib

Son vaxtlar cəmiyyətdə paranormal hadisələr baş verir. Belə ki, dünən ata 2 azyaşlı oğlunu bıcaqlayıb, kişi arvadını binadan atıb, oğul 89 yaşlı atasını döyərək öldürüb, Xalq artisti Ağadadaş Ağayev gözətçiyə əvvəl balta atıb, sonra əlbəyaxa dava edib. Biz əvvəllər belə hadisələri xarici ölkələrdə v ə Türkiyədə müşahidə edirdik. Maraqlıdır, cəmiyyətdə nə baş verir? Problemi necə aradan […]