“Təşəbbüs qrupu” fəaliyyətini davam etdirir..

“Təşəbbüs qrupu” öz fəaliyyətini uğurla davam etdirir. Bu balaca oğlan institutumuzun nəzdində yaradılmış “Təşəbbüs qrupu” qərargahına Gəncə şəhərindən üz tutub. Mənfur düşmənin ölkəmizin ikinci böyük şəhəri olan Gəncə şəhərində dinc əhaliyə qarşı törətdiyi terror aktı yüzlərlə körpənin ürəyinə qorxu toxumu səpib. Elə bu balaca igidimiz də kiçik yaşında böyük qorxularla mübarizə aparır. “Təşəbbüs qrupu” olaraq bu mübarizədə balaca həmvətənimizə əlimizdən gələn dəstəyi göstərəcək, qorxularına birlikdə qalib gələcəyik.

Cənab Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı ordumuz zəfər çalacaq! Qələbə bizimdir! Qarabağ Azərbaycandır!



"