Müasir Azərbaycan Psixoloqları

012-563-00-44

070-268-27-00

Haqqımızda

MAP

Niyə Müasir Azərbaycan Psixoloqları ictimai birliyi?

Birliyin əsas məqsədləri psixologiya elminin, psixologiya sahəsində təhsilin və praktikanın inkişafına kömək etmək, psixoloqların birləşdirilməsi və onların yaradıcılıq imkanlarının gerçəkləşdirilməsi üçün müvafiq şəraitin yaradılmasına nail olmaq, həmçinin psixologiya elminin inkişafına xidmət edən elmi araşdırmaların aparılması və aktual elmi məsələlərin həllinə köməklik etməkdir. Bununla yanaşı üzvlərinin peşə və sosial maraqlarının müdafiəsi və əhalinin psixoloji maarifləndirilməsinə köməklik göstərmək birliyin əsas məqsədlərindəndir. 

Birliyin əsas vəzifələrindən biri psixologiya sahəsində peşəkar psixoloqların hazırlanması və onların ixtisaslarının artırılmasına, eləcə də elmi-tədqiqat işlərinin koordinasiyasına köməklik etməkdir. Psixologiya sahəsində çalışan xarici ölkə alimləri ilə elmi əlaqələrin və elmi informasiya mübadiləsinin həyata keçirilməsi prioritet fəaliyyət istiqamətlərindən biridir. Psixologiyanın ümumi nəzəriyyələrinin inkişaf etdirilməsi və onun tətbiqi sahələrinin işlənməsini təşkil etmək, psixologiya elminin aktual məsələləri həllinə kömək etmək, psixologiya sahəsində elm-tədqiqat işləri üzrə təcrübə mübadiləsi və elmi araşdırmaların müasir metodlarını tətbiq etmək, psixologiya üzrə elmi-tədqiqat işlərinin koordinasiyasına köməklik etmək, metodikaların, metodik vasitələrin təkmilləşdirilməsi və tətbiqi praktikasına yönəlikli layihələrin hazırlanması və gerçəkləşdirilməsi Birliyin qarşısında duran əsas vəzifələrdəndir.