PSİXOLOJİ MƏSLƏHƏTƏ GİRİŞ kursu

27.04.2019-cu il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda PSİXOLOJİ MƏSLƏHƏTƏ GİRİŞ kursunun ilk modulu baş tutdu. İnstitutun rəhbəri Elnur Rüstəmov və Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru Nərmin Quliyevanın təqdimatında 4 saat davam edən təlimdə psixoloji məsləhət prosesinin mahiyyəti, praktik psixoloqun peşəkar fəaliyyətinə qoyulan tələblər, psixoloq otağının tərtibatı və s. mövzulardan bəhs olundu, iştirakçıları maraqlandıran suallar cavablandırıldı. Hər bir iştirakçının məmnunluqla ayrıldığı ilk dərs üçün Elnur Rüstəmova və Nərmin Quliyevaya təşəkkürümüzü bildiririk. İştirakçıların ilk dərs bitən kimi növbəti dərs gününün tez çatmasını arzu etmələri uğurumuz kimi dəyərləndirilə bilər.
Qeyd edək ki, PSİXOLOJİ MƏSLƏHƏTƏ GİRİŞ kursunun növbəti modulu 04.05.2019-cu il tarixində saat 12:00-da baş tutacaq. 
Ətraflı məlumat və qeydiyyat üçün 070 268 27 08 ( mob/what's app) nömrəsilə əlaqə saxlaya bilərsiniz.

"