Praktik Psixologiya Kursu (2)

11.09.19 tarixində Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin praktik psixoloqu Xəyalə Zalıyeva tərəfindən Könüllü Fəaliyyət Proqramının üzvləri üçün tədris olunan Praktik Psixologiya Kursunun növbəti dərsi baş tutdu. Bu dəfə Xəyalə xanım "Obsessiv-kompulsiv pozuntuların diaqnostikası və korreksiyasında istifadə olunan psixoterapevtik texnikalar" mövzusunu tədris etdi. Qarşılıqlı diskussiya, sual-cavab şəklində davam edən dərsdə həmçinin, depressiya mövzusuna da toxunuldu.
Biz də Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq Xəyalə xanıma təşəkkürümüzü bildirir, könüllü qrupumuzun üzvlərinə uğurlar arzu edirik.


"