Könüllü Fəaliyyət Proqramı - görüş

30.03.2019-cu il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunun təşkil etdiyi Könüllü Fəaliyyət Proqramına müsahibə əsasında qəbul olanlarla ilk görüşümüz baş tutdu. 
Görüşdə Psixologiya Elmi-Tədqiqat İnstitutunun rəhbəri Elnur Rüstəmov, institutun nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru Nərmin Quliyeva, Marketinq şöbəsinin müdiri Şahin Şərifov və həmin şöbənin digər əməkdaşları iştirak etmişlər. 
Elnur Rüstəmov çıxış edərək institutun nəzdində fəaliyyət göstərən şöbələr və mərkəzlər, onların əsas fəaliyyət istiqamətləri haqqında könüllülərə məlumat vermiş, qarşıda görüləcək işlərlə bağlı fikirlərini bildirmiş və başladıqları yeni yolda könüllülərin hər birinə uğurlar arzu etmişdir. 
Biz də Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq yeni könüllü qrupumuzla bir çox uğurlu işlər görəcəyimizə inanır, qrupun hər bir üzvünə uğurlar diləyirik!


"