Təlimçi: Lamiyyə Hüseynova
Əslində, mübahisə həyatın hər sahəsində baş verən və baş verməli olan sağlam bir prosesdir. Burada önəmli olan şəxslərin mübahisənin öhdəsindən necə gəlməsidir. Romantik, iş, dostluq, ailə, ümumilikdə, insanlarla münasibətlərini yaxşılaşdırmaq, anlamaq və anlaşılmaq istəyən hər kəs bu seminara dəvətlidir.
Təlim mövzuları:
- Mübahisələrin növləri
- Mübahisələrin həllində istifadə olunan psixoloji metodlar
- 5 addımda konfliktlərin həlli
- Tısbağa, köpəkbalığı, ayıcıq, tülkü, bayquş texnikaları
- Hirs, qəzəb, əsəb problemlərinə psixoloji baxış
- Əsəb kontrolu üçün xəyal qurma texnikası (workshop)
- Koqnitiv Bihevioral Terapiya işığında mübahisələrin həlli
- Qısa Müddətli Həll Mərkəzli Terapiya işığında mübahisələrin həlli
- Bilgi, təcrübə və əyləncə dolu 6 akademik saatlıq proqram