Psixologiya Elmi-Tədqiqat İnstitutunda institutun sədri Elnur Rüstəmov tərəfindən “Ailə psixologiyası” kursunun növbəti dərsi keçirilib.
Sözügedən kurs Türkiyənin Yıldız Texniki Universiteti və Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə əməkdaşlığı çərçivəsində təşkil olunur.
Dərsdə “Şəxsiyyətlərarası münasibətlər və ailə ünsiyyəti” mövzusunda danışılıb.
Zəngin bilik və təcrübəsini bölüşdüyü üçün Elnur Rüstəmova dərin təşəkkürümüzü bildirir, iştirakçılara uğurlar arzu edirik!