Müasir Azərbaycan Psixoloqları

012-563-00-44

070-268-27-00

Bu gün Psixologiya Elmi-Tədqiqat İnstitutunda Müasir Azərbaycan Psixoloqları İctimai Birliyinin və Psixologiya Elmi Tədqiqat İnstitutunun 9-cu könüllü fəaliyyət qrupu üzvlərinin məzuniyyət günü keçirilib

Bu gün Psixologiya Elmi-Tədqiqat İnstitutunda Müasir Azərbaycan Psixoloqları İctimai Birliyinin və Psixologiya Elmi Tədqiqat İnstitutunun 9-cu könüllü fəaliyyət qrupu üzvlərinin məzuniyyət günü keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, f.ü.f.d Elnur Rüstəmov bütün könüllülərə gələcək işlərində və fəaliyyətlərində uğurlar arzulayıb. Elnur Rüstəmov indiyədək 250 könüllüünün məzun olduğunu və onlara institut olaraq dəstək gəstərməkdən, təcrübə imkanı yaratmaqdan məmnun olduğunu bildirib.

O həmçinin institutda çalışanların 15 faizinin həmin qrupların məzun könüllüləri olduğunu, onların arasında institutda və digər şöbələrdə psixoloq kimi fəaliyyət göstərənlərin də olduğunu diqqətə çatdırıb.

Sədr könüllü fəaliyyət qrupu üzvlərinin rəhbərinə, koordinatorlarına və tədbir iştirakçılarına təşəkkürünü bildirib.

Çıxış edən Psixologiya Elmi Tədqiqat İnstitunun İnkişaf və yaş psixologiyası şöbəsinin müdiri, psixoloq Mətanət Əliyeva, Əlavə təhsil və innovasiyalar şöbəsinin müdiri Ülviyyə Nəhmətova və Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşı, psixoloq Lalə Əhmədova gənc könüllülərə təşəkkürünü bildirib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Daha sonra Psixologiya Elmi-Tədqiqat İnstitutunun Könüllülərlə iş şöbəsinin müdiri, 9-cu könüllü fəaliyyət proqramının rəhbəri Emilya Nəsibova çıxış edib və tədbir iştirakçılarını salamlayıb. Könüllülərin aktiv fəaliyyətini yüksək qiymətləndirib. 6 ay ərzində könüllülərin bir çox beynəlxalq və yerli konfransların, təlimlərin icrasında, təşkilati işlərdə fəal iştirakını vurğulayıb.

Emilya Nəsibova bu şəraiti yaratdığı üçün sədr Elnur Rüstəmova və iştirakçılara öz təşəkkürünü bildirib. O, könüllü fəaliyyət proqramı üzvlərini təbrik edib.

Tədbirdə həmçinin 9-cu könüllü fəaliyyət qrupu üzvləri “Keçmiş psixoloqlar 21-ci əsrdə“ adlı səhnəciyi nümayiş etdiriblər.

Daha sonra 9-cu könüllü fəaliyyət proqramı üzvlərinin videoçarxı təqdim edilib.
 
Tədbir könüllülərin kollektiv ifası ilə yekunlaşıb.