15 iyul 2024-cü il tarixində Psixologiya Elmi Tədqiqat İnstitutunda 2023-2024-cü tədris ili üçün psixologiya ixtisası üzrə əlavə təhsil (yenidənhazırlanma) proqramının tələbələrinin internatura hesabatının müdafiəsi üçün Təcrübə Komissiyası tərəfindən yekun qiymətləndirilməsi həyata keçirilib.
Yekun qiymətləndirmədə komissiyasının sədri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi psixologiya kafedrasının müdiri, p.ü.e.d., prof. Ramiz Əliyev, komissiyanın üzvləri, institutun Ümumi və eksperimental psixologiya şöbəsinin müdiri, p.ü.f.d., dos. Məhərrəm Əliyev, Əlavə təhsil və innovasiyalar şöbəsinin müdiri, psixoloq Ülviyyə Nəhmətova, klinik-psixoloq Mələk Allahverdiyeva və psixoloq Lamiyyə Hüseynova iştirak ediblər.
Tələbələrimizi təbrik edir və gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!