20.07.2024-cü il tarixində Müasir Azərbaycan Psixoloqları İctimai Birliyi və Psixologiya Elmi Tədqiqat İnstitutunun 10-cu könüllü fəaliyyət qrupu üzvləri üçün təşkil olunmuş kursun növbəti dərsi baş tutdu. Təlimçi Fuad Əsədov könüllülərimizə Koqnitiv Davranış terapiyası haqqında ətraflı məlumat verdi.