31.07.2024-cü il tarixində Psixologiya Elmi Tədqiqat İnstitutunda 2023-2024-cü tədris ili üçün psixologiya ixtisası üzrə əlavə təhsil (yenidənhazırlanma) proqramının tələbələrinin Məzun Günü keçirilib

31.07.2024-cü il tarixində Psixologiya Elmi Tədqiqat İnstitutunda 2023-2024-cü tədris ili üçün psixologiya ixtisası üzrə əlavə təhsil (yenidənhazırlanma) proqramının tələbələrinin Məzun Günü keçirilib

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, f.ü.f.d Elnur Rüstəmov əlavə təhsil (yenidənhazırlanma) proqramının tələbələrini təbrik edib. Əlavə təhsil (yenidənhazırlanma) proqramının kadr hazırlığı baxımından əhəmiyyətli olduğunu və məqsədin psixologiya sahəsində yeni kadrlar hazırlamaq, müasir bilik və bacarıqları onlara aşılamaq olduğunu bildirib.

Sədr institutun ilk tələbələrinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Daha sonra institutun Ümumi və eksperimental psixologiya şöbəsinin müdiri, p.ü.f.d., dos. Məhərrəm Əliyev çıxış edib. Bu şəraiti yaratdığı üçün sədr Elnur Rüstəmova və göstərdikləri çalışqanlıq üçün tələbələrə öz təşəkkürünü bildirib.

Çıxış edən t.ü.f.d., həkim-psixiatr Araz Manuçehri Lalei və həkim-psixiatr Orxan Fərəcli tələbələrə uğurlar arzulayıblar və onların gələcəkdə peşəkar mütəxəssis olacaqlarını qeyd ediblər.

Çıxış edən Psixologiya Elmi Tədqiqat İnstitunun Əlavə təhsil və innovasiyalar şöbəsinin müdiri Ülviyyə Nəhmətova tələbələrin və onlarla olan xatirələrin onun üçün çox dəyərli olduğunu bildirib.

Hər birinin gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Daha sonra Psixologiya Elmi-Tədqiqat İnstitutunda 2023-2024-cü tədris ili üçün psixologiya ixtisası üzrə əlavə təhsil (yenidənhazırlanma) proqramının tələbələrinin dərs ilini əks etdirən videoçarxı təqdim olunub.

Tədbirin gedişatında tələbələr psixoloji mövzuda keyslər təqdim ediblər.

Sonda sədr tələbələrlə xatirə şəkli çəkdirib.