Nosebo effekti, insanın bir vəziyyətlə bağlı mənfi gözləntilərinin ona mənfi təsir etməsi deməkdir. Xəstənin dərmanın əks təsirlərə səbəb olacağına inandığı üçün farmakoloji cəhətdən təsirsiz bir dərman (xalq arasında “şəkər həbi” kimi tanınan) verilsə belə, xəstənin gözlədiyi bəzi əks təsirlərin yaşanması vəziyyətidir. O, həmçinin plasebonun mənfi versiyası kimi də təsvir edilə bilər.