Psixoloq könüllülərin II Respublika konfransı keçirilib

Müasir Azərbaycan Psixoloqları Cəmiyyəti və Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə psixoloq könüllülərin “Azərbaycanlılara qarşı törədilmiş soyqırımlar” mövzusunda II Respublika konfransı keçirilib.Gənclərimiz tezislərini təqdim edib, tarixi yaddaşın və ağır hadisələrin psixoloji təsirləri barədə mütəxəssislərlə fikir mübadiləsi aparıblar.İnstitutumuzda indiyədək 13 könüllü fəaliyyət qrupu məzun olub, artıq 14-cü qrup fəaliyyətinə davam edir. Hər qrupun bu mühitə qatdığı əmək, təşəbbüs və öyrənmək həvəsi bizim üçün dəyərlidir.Bu il konfransa 70 məqalə və tezis təqdim olunmuşdur.Bu yolda dəstəyinə görə Müasir Azərbaycan Psixoloqları Cəmiyyətinin sədri, professor Bəxtiyar Əliyevə, Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, f.ü.f.d Elnur Rüstəmova, proqramın rəhbəri Emilya Nəsibovaya, könüllülərimizin inkişafında əməyi olan bütün müəllim və mütəxəssislərimizə təşəkkür edirik.Əziz könüllülər, əməyiniz və öyrənmək həvəsinizlə bu günə dəyər qatdınız. Yolunuz açıq olsun!