Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, f.ü.f.d. Elnur Rüstəmov tns.az saytına müsahibə verib
“Valideynlər uşaqların hansı oyunları oynadığına nəzarət etməli və onları yaşlarına uyğun oyunlarla məhdudlaşdırmalıdırlar. Psixoloji həssaslığı olan şəxslərə bu cür oyunlardan çəkinməyi tövsiyyə olunmalıdır”. Bu sözləri TNS-ə Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov deyib. Psixoloq bildirib ki, qorxulu oyunların insan psixologiyasına təsiri mürəkkəbdir və bir neçə fərqli faktorla bağlıdır. Bu, oyunların məzmunundan, oynayan şəxsin […]
Azərbaycanlı psixoloqların məqaləsi beynəlxalq indeksli jurnalda çap olunub
Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov və institutun elmi-tədqiqat qrupunun üzvləri Ülkər Zalova-Nuriyeva, Mələk Allahverdiyeva, Təhmasib Abbasov, Gülay Məmmədzadə və Narınc Rüstəmovanın həmmüəlifi olduqları “Akademik effektivlik, akademik prokrastinasiya və rifah: geniş Azərbaycan nümunəsi ilə vasitəçilik modeli” (Academic self-efficacy, academic procrastination, and well-being: a mediation model with large sample of Azerbaijan) adlı […]
Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, f.ü.f.d. Elnur Rüstəmov iqtisadiyyat.az saytına valideyn-uşaq modelləri ilə bağlı müsahibə verib
“İnsan öz inkişafında müxtəlif mərhələlərdən keçir və hər bir dövr şəxsiyyətin inkişafına müəyyən təsir göstərir. Hər yeni doğulan uşaq dünyaya göz açdığı gündən başlayaraq ətraf aləmlə təmasda olur. Dünyaya gələn gündən uşaqlara lazımi imkanların yaradılması onların hərtərəfli inkişafında mühüm rol oynayır. Məhz bu səbəbdən uşağın şəxsiyyətinin formalaşmasında həm fiziki, həm də psixi inkişaf vacib amildir. […]
Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, f.ü.f.d. Elnur Rüstəmov oxu.az saytına son zamanlar məktəblərdə yeniyetmələr arasında yaşanan problemlə bağlı müsahibə verib
“Tədris ili yeni başlayıb. Məktəbə adaptasiya prosesində şagirdlərin bir qisminin çətinlik yaşadığının şahidi oluruq. Xüsusən davranış pozuntusu olan, çətin tərbiyə edilən məktəblilər bu mərhələdə həm məktəb, həm ailə, həm də cəmiyyət üçün problem yaradırlar. Bu kateqoriyadan olan yeniyetmələrdə aqressiya və kəsici alətlərlə zorakılıq hallarının artmasının müxtəlif psixoloji və sosial səbəbləri var. Psixoloji baxımdan bu məsələyə […]
Psixologiya Elmi-Tədqiqat İnstitutunun tədqiqat qrupunun növbəti görüşü keçirilib
Psixologiya Elmi-Tədqiqat İnstitutunun tədqiqat qrupunun növbəti görüşü keçirilib. Ötən ay ərzində tədqiqat qrupunun üzərində çalışdığı “Həyatboyu bacı-qardaş münasibətləri şkalası” və “Tuckman prokrastinasiya şkalası” adlı 2 tədqiqat məqaləsinin yekun müzakirəsi aparılıb. “Rozenberg Özünəhörmət şkalası”, “Məktəb təşvişi şkalası” və “Məktəb iştirakı şkala”sının Azərbaycan dilinə adaptasiyası üçün görüləcək işlər planlaşdırılmış və müzakirə olunub.
Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, f.ü.f.d. Elnur Rüstəmov azerbaijan-news.az saytına müsahibə verib
2 Oktyabr dünyada Beynəlxalq Qeyri-Zorakılıq Günü kimi qeyd edilir. Qeyri-Zorakılıq Günü insanları yalnız bu gün deyil, həmişə zorakılığa qarşı birləşməyə, sülhə, empatiyaya və sağlam cəmiyyətin üzvü olmağa səsləyir. Zorakılıq dedikdə, aqressiya və təzyiq vasitəsilə başqasının iradəsinə qarşı hərəkət etmək nəzərdə tutulur. Hər il dünyada 1,6 milyondan çox insan zorakılıq nəticəsində həyatını itirir. Bu gün insanlar […]
Psixologiya Elmi-Tədqiqat İnstitutunun tədqiqat qrupunun növbəti iclası keçirilib
Psixologiya Elmi-Tədqiqat İnstitutunun tədqiqat qrupunun növbəti iclası keçirilib. Görüşdə tədqiqat qruplarının üzərində işlədiyi 3 fərqli məqalənin müzakirəsi aparılıb. Qrup üzvləri Azərbaycan dilində adaptasiyasını həyata keçirmək üçün “Smartfondan asılılıq şkalası”, “Rozenberq özünəhörmət şkalası” və “Məktəb iştirakı şkalası”nın tədqiqat məqaləsinin “Introduction” hissəsini yekunlaşdırıblar. Eyni zamanda, adaptasiyanın həyata keçirilməsi üçün tədqiqatın hədəf kütləsini təşkil edən insanlardan məlumatlar əldə […]
NOSEBO EFFEKTİ
Nosebo effekti, insanın bir vəziyyətlə bağlı mənfi gözləntilərinin ona mənfi təsir etməsi deməkdir. Xəstənin dərmanın əks təsirlərə səbəb olacağına inandığı üçün farmakoloji cəhətdən təsirsiz bir dərman (xalq arasında “şəkər həbi” kimi tanınan) verilsə belə, xəstənin gözlədiyi bəzi əks təsirlərin yaşanması vəziyyətidir. O, həmçinin plasebonun mənfi versiyası kimi də təsvir edilə bilər.
30.08.2024-cü il tarixində Müasir Azərbaycan Psixoloqları İctimai Birliyi və Psixologiya Elmi Tədqiqat İnstitutunun 10-cu könüllü fəaliyyət qrupu üzvləri üçün təşkil olunmuş kursun növbəti dərsi baş tutdu
30.08.2024-cü il tarixində Müasir Azərbaycan Psixoloqları İctimai Birliyi və Psixologiya Elmi Tədqiqat İnstitutunun 10-cu könüllü fəaliyyət qrupu üzvləri üçün təşkil olunmuş kursun növbəti dərsi baş tutduTəlimçi Səyanə Əliyeva könüllülərimizə Beyin və davranış laboratoriyasının müayinə və korreksiya aparatları haqqında ətraflı məlumat verdi. Öz zəngin biliklərini könüllülərimizlə bölüşdüyünə görə Səyanə xanıma təşəkkür edir, könüllülərimizə uğurlar arzu edirik
28.08.2024-cü il tarixində Müasir Azərbaycan Psixoloqları İctimai Birliyi və Psixologiya Elmi Tədqiqat İnstitutunun 10-cu könüllü fəaliyyət qrupu üzvlərinin növbəti iclası keçirildi.
28.08.2024-cü il tarixində Müasir Azərbaycan Psixoloqları İctimai Birliyi və Psixologiya Elmi Tədqiqat İnstitutunun 10-cu könüllü fəaliyyət qrupu üzvlərinin növbəti iclası keçirildi. İclasda avqust ayında görülən işlərin hesabatlarına baxıldı və sentyabr ayı üçün görüləcək işlərin müzakirəsi aparıldı. Çalışqan könüllülərimizə bundan sonrakı fəaliyyətlərində də uğurlar arzu edirik✨