F.ü.f.d. Elnur Rüstəmov moderator.az  saytına müsahibə verib

Günümüzdə aktual problemlərdən biri də zamanla  boşanmaların sayının artmağıdır. Bu xüsusiliklə yeni ailə həyatı qurmuş gənclər arasında baş verir. Bəs,  gənc ailələr arasındakı problemlərin yaranmağına daha çox səbəb olan nəsnələr nədən ibarətdir? Mövzu ilə bağlı Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov Moderator.az-a danışdı: “Günümüzdə olan aktual problemlərdən biri də boşanmaların sayında olan artımdır. Respublikada boşanmaların […]

F.ü.f.d. Elnur Rüstəmov bakivaxti.az  saytına müsahibə verib.

Bu gün İslam təqvimi ilə Azərbaycanda Aşuradır. Bakıvaxtı.az xəbər verir ki,Aşura Məhərrəm ayının 10-cu günü qeyd olunur.  Aşura zamanı müsəlmanlar dini mərasimləri həyata keçirirlər. Bəzi valideynlər bu məclislərə öz uşaqlarını da aparır. Bəs görəsən uşaqların şahid olduqları zəncirvurma, qantökmə kimi hallar onların psixologiyasına necə təsir göstərir? Bu barədə Bakıvaxtı.az-a açıqlama verən psixoloq Elnur Rüstəmov bildirib ki, bəzən dini […]

15 iyul 2024-cü il tarixində Psixologiya Elmi Tədqiqat İnstitutunda 2023-2024-cü tədris ili üçün psixologiya ixtisası üzrə əlavə təhsil (yenidənhazırlanma) proqramının tələbələrinin internatura hesabatının müdafiəsi üçün Təcrübə Komissiyası tərəfindən yekun qiymətləndirilməsi həyata keçirilib

15 iyul 2024-cü il tarixində Psixologiya Elmi Tədqiqat İnstitutunda 2023-2024-cü tədris ili üçün psixologiya ixtisası üzrə əlavə təhsil (yenidənhazırlanma) proqramının tələbələrinin internatura hesabatının müdafiəsi üçün Təcrübə Komissiyası tərəfindən yekun qiymətləndirilməsi həyata keçirilib. Yekun qiymətləndirmədə komissiyasının sədri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi psixologiya kafedrasının müdiri, p.ü.e.d., prof. Ramiz Əliyev, komissiyanın üzvləri, institutun Ümumi və eksperimental psixologiya […]

Psixologiya Elmi Tədqiqat İnstitutunda “Klinik Psixologiya” ixtisasartırma kursunun ilk dərsi psixoloq, psixoterapevt Xudaverdi Məmmədov tərəfindən tədris edilib

Psixologiya Elmi Tədqiqat İnstitutunda “Klinik Psixologiya” ixtisasartırma kursunun ilk dərsi psixoloq, psixoterapevt Xudaverdi Məmmədov tərəfindən tədris edilib. İxtisasartırma kursu 126 akademik saat, 21 krediti əhatə edir. Qeyd edək ki, ixtisasartırma kursunun ikinci qrupu üçün qeydiyyatımız artıq başlayıb.

Bu gün Psixologiya Elmi-Tədqiqat İnstitutunda Müasir Azərbaycan Psixoloqları İctimai Birliyinin və Psixologiya Elmi Tədqiqat İnstitutunun 9-cu könüllü fəaliyyət qrupu üzvlərinin məzuniyyət günü keçirilib

Bu gün Psixologiya Elmi-Tədqiqat İnstitutunda Müasir Azərbaycan Psixoloqları İctimai Birliyinin və Psixologiya Elmi Tədqiqat İnstitutunun 9-cu könüllü fəaliyyət qrupu üzvlərinin məzuniyyət günü keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə çıxış edən Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, f.ü.f.d Elnur Rüstəmov bütün könüllülərə gələcək işlərində və fəaliyyətlərində uğurlar arzulayıb. Elnur Rüstəmov indiyədək 250 könüllüünün məzun […]

Bu gün Müasir Azərbaycan Psixoloqları İctimai Birliyinin və Psixologiya Elmi Tədqiqat İnstitutunun 10-cu könüllü fəaliyyət proqramı üzvlərinin iclası keçirilib

Bu gün Müasir Azərbaycan Psixoloqları İctimai Birliyinin və Psixologiya Elmi Tədqiqat İnstitutunun 10-cu könüllü fəaliyyət proqramı üzvlərinin iclası keçirilib. İclasda Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, f.ü.f.d Elnur Rüstəmov və könüllülərlə iş şöbəsinin müdiri, psixoloq Emilya Nəsibova iştirak ediblər.

“Xüsusi qayğıya ehtiyacı olan uşaqların psixologiyası, psixodiaqnostikası və psixokorekksiyası” ixtisasartırma kursunun növbəti qrupunun ilk dərsi başlayıb

Psixologiya Elmi-Tədqiqat İnstitutununda “Xüsusi qayğıya ehtiyacı olan uşaqların psixologiyası, psixodiaqnostikası və psixokorekksiyası” ixtisasartırma kursunun növbəti qrupunun ilk dərsi başlayıb. Qeyd edək ki, ixtisasartırma kursundan əldə etdiyiniz sertifikat bütün dövlət və özəl müəssisələrdə keçərlidir.