AMEA-nın müxbir üzvü, professor, Milli Məclisinin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev müəllimlərin sertifikatlaşdırılması ilə bağlı muallim.edu.az saytına müsahibə verib

“Atılan hər addımın bir məqsədi var, o da müəllim üçün münbit şəraitin yaradılmasıdır” 2024-cü il üçün sertifikatlaşdırma prosesi başlayır və bu proses müəllimlər qədər ictimaiyyət nümayəndələri üçün də maraqlıdır. Məsələ ilə bağlı “Azərbaycan müəllimi”nə danışan Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Bəxtiyar Əliyev bildirib ki, prosesi sadəcə izləmir, qanuni bazanın hazırlanmasında iştirak edənlərdən biri […]

Psixologiya Elmi-Tədqiqat İnstitutunda institutun sədri Elnur Rüstəmov tərəfindən “Ailə psixologiyası” kursunun növbəti dərsi keçirilib

Psixologiya Elmi-Tədqiqat İnstitutunda institutun sədri Elnur Rüstəmov tərəfindən “Ailə psixologiyası” kursunun növbəti dərsi keçirilib. Sözügedən kurs Türkiyənin Yıldız Texniki Universiteti və Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə əməkdaşlığı çərçivəsində təşkil olunur. Dərsdə “Şəxsiyyətlərarası münasibətlər və ailə ünsiyyəti” mövzusunda danışılıb. Zəngin bilik və təcrübəsini bölüşdüyü üçün Elnur Rüstəmova dərin təşəkkürümüzü bildirir, iştirakçılara uğurlar arzu edirik!

F.ü.f.d. Elnur Rüstəmov bakivaxti.az saytına müsahibə verib

Bakıvaxtı.az xəbər verir ki, ali təhsil müəssisələrinə qəbul imtahanlarının birinci cəhdi II və III ixtisas qrupları üzrə mayın 26-da, I və IV ixtisas qrupları üzrə iyunun 2-də keçiriləcək. Məlumdur ki, 11 il ərzində oxuyub ali məktəbə qəbul olmaq üçün çalışan abituriyentlər kiyafət qədər stress yaşayırlar. Bu stress isə onların nəticələrinə təsirsiz ötüşmür. Eyni zamanda təəssüflər olsun […]

Bu gün Müasir Azərbaycan Psixoloqlarının və Psixologiya Elmi Tədqiqat İnstitutunun 9-cu könüllü fəaliyyət proqramı üzvlərinin iclası keçirilib

Bu gün Müasir Azərbaycan Psixoloqlarının və Psixologiya Elmi Tədqiqat İnstitutunun 9-cu könüllü fəaliyyət proqramı üzvlərinin iclası keçirilib. İclasda Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, f.ü.f.d. Elnur Rüstəmov, könüllü fəaliyyət proqramının rəhbəri, psixoloq Emilya Nəsibova və koordinator Jalə Babazadə iştirak ediblər. Görüşdə könüllülərlə ümumi işlər müzakirə edilib, onların təklif və fikirləri dinlənilib. Eyni zamanda, proqram üzvləri ilə […]

Bu gün Psixologiya Elmi Tədqiqat İnstitutunda Ümummilli lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş “Təhsildə psixoloji xidmətin təşkilinin psixi sağlamlığa təsiri” mövzusunda seminar keçirilib

Bu gün Psixologiya Elmi Tədqiqat İnstitutunda Ümummilli lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş “Təhsildə psixoloji xidmətin təşkilinin psixi sağlamlığa təsiri” mövzusunda seminar keçirilib. Seminarda institutun sədri f.ü.f.d. Elnur Rüstəmov, məktəb psixoloqları və digər qonaqlar iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. […]

AMEA-nın müxbir üzvü, professor, psixologiya elmləri doktoru, Milli Məclisin deputatı, Azərbaycan Respublikası Milli Məclisinin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyevin “Ümummilli Lider və Milli Dövlətçilik” məqaləsini təqdim edirik

Liderlik mürəkkəb və çoxcəhətli hadisədir. Lider anlayışına və onun təbiətinə müxtəlif yanaşmalar mövcuddur. Bəzi müəlliflərin fikrincə, liderlik – bütün qrupa yönəlmiş və qrup tərəfindən qəbul edilən birmənalılığı və sabitliyi ilə səciyyələnən təsirdir (V.Kats, L.Edinqer). E.Boqardusun əlamətlər nəzəriyyəsinə görə, liderliyin mahiyyəti ayrı-ayrı şəxslərin müstəsna keyfiyyətləri ilə şərtlənir. Bu konsepsiyanın tərəfdarları liderə xas olan əsas keyfiyyətlərə bunları […]

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, f.ü.f.d Elnur Rüstəmov Qaynarinfo.az saytına müsahibə verib

“Mənfi xəbərlərin istehlakı artan narahatlığa, təşviş və depressiyaya kəskin sürətdə şərait yaradır”. Bunu Qaynarinfo-ya açıqlamasında psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın “media məhsulları sosial şüura təsir göstərir” fikirinə münasibətində deyib.  Psixoloq bildirib ki, sosial media yeni insanlarla əlaqə qurmağın, eləcə də məlumat […]