F.ü.f.d Elnur Rüstəmov və institutun əməkdaşları Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
Bu gün Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, f.ü.f.d Elnur Rüstəmov və institutun əməkdaşları Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər. Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq ulu öndərimizin əbədi xatirəsini dərin hörmətlə anırıq!
Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri f.ü.f.d Elnur Rüstəmov və institutun elmi işçisi, Narınc Psixologiya Mərkəzinin təsisçi rəhbəri, uzman klinik-psixoloq Narınc Rüstəmova 28-30 noyabr tarixlərində Tiflisdə keçirilən Beynəlxalq Nevrologiya Konqresində (NEURO-2024) iştirak ediblər.
Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri f.ü.f.d Elnur Rüstəmov və institutun elmi işçisi, Narınc Psixologiya Mərkəzinin təsisçi rəhbəri, uzman klinik-psixoloq Narınc Rüstəmova 28-30 noyabr tarixlərində Tiflisdə keçirilən Beynəlxalq Nevrologiya Konqresində (NEURO-2024) iştirak ediblər. Konqresə dünyanın müxtəlif ölkələrindən, o cümlədən Türkiyə, Yaponiya, Yunanıstan, İngiltərə, Malayziya, Almaniya, Pakistan, Hindistan, Serbiya, Fransa və digər ölkələrdən olan mütəxəssislər qatılıblar. F.ü.f.d […]
📣 Psixologiya Elmi-Tədqiqat İnstitutu ”Tələbə Psixoloqların IV Respublika konfransı”na qeydiyyata start verir❗
📣 Psixologiya Elmi-Tədqiqat İnstitutu ”Tələbə Psixoloqların IV Respublika konfransı”na qeydiyyata start verir❗️ 🔻 Konfrans 21.12.2024 tarixində saat 10:00-da keçiriləcək. 📞 Qeydiyyat və ətraflı məlumat üçün:070 268 27 08
AMEA-nın müxbir üzvü, professor Bəxtiyar Əliyevin “İqlim dəyişiklikləri qaçqınları və məcburi köçkünləri” mövzusunda məqaləsini sizə təqdim edirik.
AMEA-nın müxbir üzvü, professor Bəxtiyar Əliyevin “İqlim dəyişiklikləri qaçqınları və məcburi köçkünləri” mövzusunda məqaləsini sizə təqdim edirik. İqlim dəyişiklikləri insanların öz doğma yerlərini tərk etmələrinə, başqa ölkələrə və mədəni mühitə üz tutmağa məcbur edir. Bu proses heç də ağrısız ötüşmür və şəxsiyyətin özünü yenidən dərkinə və kimliyini qoruyub saxlamaqla yeni mədəni mühitə uyğunlaşmasını tələb edir. […]
Psixologiya Elmi-Tədqiqat İnstitutunun “Utreçt (İşə Bağlılıq Şkalasının (Utrecht Work Engagement Scale) Azərbaycan dilinə adaptasiyası: Onun psixoloji sıxıntı və həyat-iş məmnunluğuna təsirinin araşdırılması” məqaləsi “Technium Social Sciences” jurnalında dərc olunub
Psixologiya Elmi-Tədqiqat İnstitutunun “Utreçt (İşə Bağlılıq Şkalasının (Utrecht Work Engagement Scale) Azərbaycan dilinə adaptasiyası: Onun psixoloji sıxıntı və həyat-iş məmnunluğuna təsirinin araşdırılması” məqaləsi “Index Copernicus”, “EBSCO”, “Google Scholar”, “Crossref”, “SSRN”, “Dimensions” və digər nüfuzlu elmi bazalarda indekslənən “Technium Social Sciences” jurnalında dərc olunub. Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri f.ü.f.d. Elnur Rüstəmov, uzman klinik-psixoloq Narınc Rüstəmova, psixoloqlar […]
Psixologiya Elmi-Tədqiqat İnstitutunda 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir keçirilib
Psixologiya Elmi-Tədqiqat İnstitutunda 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir keçirilib. Tədbirdə institutun sədri Elnur Rüstəmov, institutun əməkdaşları və Müasir Azərbaycan Psixoloqları İctimai Birliyinin “Könüllü fəaliyyət” proqramı üzvləri iştirak ediblər. Elnur Rüstəmov çıxışında qeyd edib ki, ölkəmiz öz gücünü bu qələbə ilə bir daha sübut etdi. Qürurla deyə bilərik ki, bu gün biz qalib ölkənin […]
Bu gün “CareerLAB” Şəbəkəsi tərəfindən Azərbaycan Dövlət Pedaqoji Universitetində (2-ci tədris binası) psixologiya ixtisasında təhsil alan gənclər üçün panel müzakirə keçirilib
Bu gün “CareerLAB” Şəbəkəsi tərəfindən Azərbaycan Dövlət Pedaqoji Universitetində (2-ci tədris binası) psixologiya ixtisasında təhsil alan gənclər üçün panel müzakirə keçirilib. Müzakirədə Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri f.ü.f.d. Elnur Rüstəmov, “NLP Academy” MMC-nin təsisçisi və direktoru, psixoloq, NLP master, təlimçi Elmir İsgəndərov, “Gənclərin Sosial tərəfdaşlığı Mərkəzi” İB idarə heyətinin sədri, psixoloq Fidan Azərqızı və Psixologiya […]
Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, f.ü.f.d. Elnur Rüstəmov Psixologiya Elmi Tədqiqat İnstitutunun tədqiqat qrupu ilə görüşüb
Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, f.ü.f.d. Elnur Rüstəmov Psixologiya Elmi-Tədqiqat İnstitutunun tədqiqat qrupu ilə görüşüb. Görüşdə gələcək tədqiqatlarla bağlı, tədqiqatların əhəmiyyəti ilə bağlı müzakirələr aparılıb. Qeyd edək ki, son iki ayda tədqiqat qrupunun yeni üzvləri ilə birgə Azərbaycan dilinə beş test adaptasiya olunmuşdur. Sədr həmin tədqiqatlarla bağlı nəticələr barədə tədqiqat üzvləri ilə danışıb.
Azərbaycanlı psixoloqların məqaləsi beynəlxalq indeksli jurnalda çap olunub
Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov və institutun elmi-tədqiqat qrupunun üzvləri Ülkər Zalova-Nuriyeva, Mələk Allahverdiyeva, Təhmasib Abbasov, Gülay Məmmədzadə və Narınc Rüstəmovanın həmmüəlifi olduqları “Akademik effektivlik, akademik prokrastinasiya və rifah: geniş Azərbaycan nümunəsi ilə vasitəçilik modeli” (Academic self-efficacy, academic procrastination, and well-being: a mediation model with large sample of Azerbaijan) adlı […]
Psixologiya Elmi-Tədqiqat İnstitutunun tədqiqat qrupunun növbəti görüşü keçirilib
Psixologiya Elmi-Tədqiqat İnstitutunun tədqiqat qrupunun növbəti görüşü keçirilib. Ötən ay ərzində tədqiqat qrupunun üzərində çalışdığı “Həyatboyu bacı-qardaş münasibətləri şkalası” və “Tuckman prokrastinasiya şkalası” adlı 2 tədqiqat məqaləsinin yekun müzakirəsi aparılıb. “Rozenberg Özünəhörmət şkalası”, “Məktəb təşvişi şkalası” və “Məktəb iştirakı şkala”sının Azərbaycan dilinə adaptasiyası üçün görüləcək işlər planlaşdırılmış və müzakirə olunub.