Etik Kodeks
Ümumi Prinsiplər
Bu bölüm Ümumi Prinsiplərdən ibarətdir.Ümumi Prinsiplər,Etik Standartlardan fərqli olaraq təbiətcə istək oyandırıcıdır. Onların məqsədi psixoloqları peşənin ən yüksək etik ideallarına doğru istiqamətləndirmək və ruhlandırmaqdır. Ümumi prinsiplər,Etik Standartların əksinə öhdəlikləri təmsil etmir və sanksiyaların tətbiqi üçün əsas təşkil etməməlidir. Bu səbəblərdən hər hansı birinə görə Ümumi Prinsiplərə etibar etmək onların həm mənasını,həm də məqsədini təhrif edir.
Prinsip A: Xeyirxahlıq və Zərərsizlik
Psixoloqlar işlədikləri insanlara fayda verməyə çalışır və eləcədə zərər verməməyə diqqət yetirirlər.Psixoloqlar peşəkar fəaliyyətlərində professional olaraq əlaqədə olduğu insanların rifahını, haqlarını və tədqiqat subyektləri olan heyvanların rifahını qorumağa çalışırlar.
Psixoloqların öhdəlikləri arasında münaqişələr və ya narahatlıq yarandıqda,onlar bu münaqişələri məsuliyyətli şəkildə zərərin qarşısını almaq və ya minimuma endirmək məqsədi ilə həll etməyə çalışırlar. Psixoloqların elmi və peşəkar mühakimələri və davranışları başqalarının həyatına təsir göstərə bildiyi üçün,öz təsirlərindən sui-istifadəyə səbəb ola biləcək şəxsi,maddi,sosial,təşkilati və ya siyasi amillərə qarşı diqqətli olurlar və ehtiyat edirlər. Psixoloqlar öz fiziki və psixi sağlamlıqlarının işlədikləri insanlara mümkün təsirindən xəbərdar olmağa çalışırlar.
Prinsip B: Sədaqət və Məsuliyyət
Psixoloqlar işlədikləri insanlarla güvənli münasibətlər qururlar. Onlar cəmiyyət və işlədikləri xüsusi icmalar qarşısında öz peşə və elmi məsuliyyətlərini dərk edirlər. Psixoloqlar peşəkar davranış standartlarını dəstəkləyir, peşəkar rol və öhdəliklərini aydınlaşdırır, davranışlarına görə müvafiq məsuliyyəti qəbul edir və istismara və ya zərərə səbəb ola biləcək maraqların toqquşmasını idarə etməyə çalışırlar.
Psixoloqlar işlədikləri şəxslərin maraqlarına ən yaxşı şəkildə xidmət etmək üçün lazım olan dərəcədə digər peşəkarlar və qurumlarla məsləhətləşir və ya onlarla əməkdaşlıq edirlər.
Onlar həmkarlarının elmi və peşəkar davranışlarının etik cəhətdən uyğunluğu mövzusunda narahat olurlar. Psixoloqlar peşəkar vaxtlarının bir hissəsini çox az və ya heçödəniş almadan,şəxsi mənfəət güdmədən insanlara fayda verməyə çalışırlar.
Prinsip C: Dürüstlük
Psixoloqlar psixologiya elmində, tədrisində və praktikasında dəqiqliyi, dürüstlüyü və həqiqəti təbliğ etməyə çalışırlar. Bu fəaliyyətlərdə psixoloqlar oğurluq, fırıldaqçılıq,hiylə və ya faktın qəsdən təhrif edilməsi ilə məşğul olmurlar. Psixoloqlar vədlərini yerinə yetirməyə çalışır və eləcədə məntiqsiz və ya aydın olmayan öhdəliklərdən uzaq durmağa çalışırlar. Faydaları maksimuma çatdırmaq və zərəri minimuma endirmək üçün aldatmanın etik cəhətdən əsaslandırıla bildiyi hallarda, psixoloqlar, onların istifadəsi nəticəsində yaranan hər hansı inamsızlığı və ya digər zərərli təsirləri, mümkün nəticələrini və onların məsuliyyətini nəzərə almaq üçün ciddi öhdəliyə malikdirlər.
Psixoloqlar işlədikləri şəxslərin maraqlarına ən yaxşı şəkildə xidmət etmək üçün lazım olan dərəcədə digər peşəkarlar və qurumlarla məsləhətləşir və ya onlarla əməkdaşlıq edirlər. Onlar həmkarlarının elmi və peşəkar davranışlarının etik cəhətdən uyğunluğu mövzusunda narahat olurlar.
Psixoloqlar peşəkar vaxtlarının bir hissəsini çox az və ya heçödəniş almadan,şəxsi mənfəət güdmədən insanlara fayda verməyə çalışırlar.
Prinsip D: Ədalət
Psixoloqlar qəbul edirlər ki,ədalət anlayışı bütün insanlara psixologiyanın töhfələrindən istifadə etmək və onlardan faydalanmaq,psixoloqlar tərəfindən aparılan proseslər,prosedurlar və xidmətlərin bərabər keyfiyyətdə əldə etmək hüququ verir.
Psixoloqlar potensial qərəzlərin,yetkinlik və ekspertiza məhdudiyyətlərinin ədalətsiz təcrübələrə gətirib çıxarmaması üçün ehtiyat tədbirləri görürlər.
Psixoloqlar işlədikləri şəxslərin maraqlarına ən yaxşı şəkildə xidmət etmək üçün lazım olan dərəcədə digər peşəkarlar və qurumlarla məsləhətləşir və ya onlarla əməkdaşlıq edirlər. Onlar həmkarlarının elmi və peşəkar davranışlarının etik cəhətdən uyğunluğu mövzusunda narahat olurlar.
Psixoloqlar peşəkar vaxtlarının bir hissəsini çox az və ya heçödəniş almadan,şəxsi mənfəət güdmədən insanlara fayda verməyə çalışırlar.
Prinsip E: İnsanların Hüquqlarına və Ləyaqətinə Hörmət
Psixoloqlar bütün insanların ləyaqətinə və dəyərlərinə, şəxslərin məxfiliyinə və öz müqəddəratını təyinetmə hüquqlarına hörmət edirlər. Psixoloqlar zəifliyi avtonom qərar qəbul etmə qabiliyyətinə mane olan şəxslərin və ya icmaların hüquqlarını və rifahını qorumaq üçün xüsusi təminatların lazım ola biləcəyinin fərqindədirlər. Psixoloqlar yaş ,cins kimlik,irq,etnik mənsubiyyət,mədəniyyət,milli mənşə,din,cinsi oriyentasiya,əlillik,dil və sosial-iqtisadi vəziyyətə əsaslananlar da daxil olmaqla mədəni,fərdi və rol fərqlərinə sahib olan hər bir şəxsə hörmət edilməli olduğunu bilirlər və eləcə də, bu faktorların mövcud olduğu qrup üzvləri ilə işləyərkən bunları nəzərə alırlar.
Psixoloqlar bu faktorların öz işlərinə olan təsirini aradan qaldırmağa çalışır və bu cür qərəzlərin əsaslandığı fəaliyyətlərdə iştirak etmir və göz yummurlar.