Müasir Azərbaycan Psixoloqları

012-563-00-44

070-268-27-00

Psixologiya Elmi Tədqiqat İnstitutununda 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Kiçik Qəlblərin Böyük Dünyası” adlı simpozium keçirilib

Psixologiya Elmi Tədqiqat İnstitutununda 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Kiçik Qəlblərin Böyük Dünyası” adlı simpozium keçirilib.

Simpoziumda Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, f.ü.f.d Elnur Rüstəmov, institutun elmi işçisi, uzman-klinik psixoloq Narınc Rüstəmova və Elmi-metodik şöbənin müdiri, psixoloq Hökumə Əliyeva və digər qonaqlar iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, f.ü.f.d Elnur Rüstəmov açılış nitqi ilə çıxış edərək bildirib ki, hər gün uşaqların günüdür və “özgə uşağı yoxdur”, – deyə bildirib.

Hər bir məsuliyyətli valideyn hər bir uşağa öz uşağı kimi yanaşmalı, ona diqqət və qayğı göstərməlidir. O qeyd edib ki, valideyn statusunda olmaq çox böyük məsuliyyətdir və günümüzdə biz görürük ki, uşaqlarımızın diqqətə, qayğıya ehtiyacı var.

Elnur Rüstəmov əlavə edib ki, əvvəllər uşaqlar ailəsi üçün iqtisadi kömək idi, günümüzdə isə əksinə iqtisadi yükdür. Yəni əvvələr on uşağa göstərilən qayğı günümüzdə bir uşağa göstərilir.

Sədr sonda iştirakçılara bu məsələlərə laqeyd yanaşmayıb, simpoziumda iştirak edən hər kəsə öz təşəkkürünü bildirib.

Sədr həmçinin vurğulayıb ki, cənab Prezident İlham Əliyevin bizə nəsib etdiyi bu əmin-amanlıq mühitini, səadəti hər birimiz qorumalı, uşaqlarımıza düzgün tərbiyə verməliyik.

Psixologiya Elmi Tədqiqat İnstitutunun Elmi-metodik şöbəsinin müdiri, psixoloq Hökumə Əliyevaya 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqları təbrik edib və “Böyüklüklə kiçikliyin diadası – Kukruza” mövzusunda təqdimatla çıxış edib.

O, təşkilatçılıq üçün Psixologiya Elmi-Tədqiqat İnstitutuna və iştirakçılara təşəkkürünü bildirib.

Daha sonra institutun elmi işçisi, uzman-klinik psixoloq Narınc Rüstəmovaya söz verilib.

O, bildirib ki, uşaqlar gününə ən gözəl hədiyyə onları məlumatlı valideynlərin böyütməsidir.

Narınc Rüstəmova iştirakçılarla “uşaqlarınıza indi nə etsəniz xoşbəxt edər?” sualı ətrafında müzakirə aparıb.

Sonda iştirakçılarla xatirə şəkli çəkdirilib.