XIII könüllü fəaliyyət proqramı üzvləri plaket təqdimatı baş tutub

Müasir Azərbaycan Psixoloqları İctimai Birliyi və Psixologiya-Elmi Tədqiqat İnstitutunun XIII könüllü fəaliyyət proqramı üzvlərinin məzun günü keçirildi. XIII könüllü fəaliyyət proqramından 28 könüllü uğurla fəaliyyətlərini başa vuraraq məzun oldular. Fəaliyyət zamanı könüllülər akademik və praktik fəaliyyətlə məşğul olmuş, sahə üzrə bilik və bacarıqlara yiyələnmişlər.Könüllüləri ürəkdən təbrik edir, qazandıqları təcrübənin gələcək peşə yollarında faydalı olmasını arzulayırıq!

Bu yolda dəstəyinə görə Müasir Azərbaycan Psixoloqları İctimai Birliyinin sədri, professor Bəxtiyar Əliyevə, Psixologiya-Elmi Tədqiqat İnstitutunun sədri, f.ü.f.d Elnur Rüstəmova, proqramın rəhbəri Emilya Nəsibovaya, könüllülərimizin inkişafında əməyi olan bütün müəllim və mütəxəssislərimizə təşəkkür edirik.

Əziz könüllülər, əməyiniz və öyrənmək həvəsinizlə bu günə dəyər qatdınız. Yolunuz açıq olsun!