Zəfər günü münasibəti ilə anım ziyarəti

8 Noyabr – Zəfər Günü münasibətilə Müasir Azərbaycan Psixoloqları İctimai Birliyinin və Psixologiya Elmi-Tədqiqat İnstitutunun nümayəndələri, Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmovun iştirakı ilə Vətən uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsini yad etmək məqsədilə II Fəxri xiyabanı ziyarət ediblər.

Ziyarət zamanı şəhidlərimizin əziz xatirəsi ehtiramla anılıb, məzarları üzərinə gül dəstələri qoyulub, onların Vətən qarşısında göstərdikləri misilsiz fədakarlıq və qəhrəmanlıq bir daha dərin ehtiramla yad edilib.

Psixologiya Elmi-Tədqiqat İnstitutu adından xalqımızı Zəfər Günü münasibətilə ürəkdən təbrik edir, Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyirik.

Qazilərimizə sağlamlıq, xalqımıza daim sülh və əmin-amanlıq arzulayırıq!

Zəfərimiz əbədi, qəhrəmanlarımızın xatirəsi daim uca olsun!