Müasir Azərbaycan Psixoloqları

012-563-00-44

070-268-27-00

F.ü.f.d. Elnur Rüstəmov konkret.az saytına müsahibə verib

Son dövrlər cəmiyyətdə neqativ hadisələrin artmasını müşahidə edirik. Kimi yoldaşını pəncərədən ataraq canına qəsd edir, kimi əsəbinə hakim ola bilməyib oğlunu qətlə yetirir, kimi isə həyatına son verərək intihar edir. Bu tip aqressiv davranışların artmasının səbəbi nədir? Bu hadisələrin baş verməsinin qarşısını necə almaq olar? KONKRET.az Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmovun fikirlərini öyrənib. […]

F.ü.f.d. Elnur Rüstəmov sherg.az saytına müsahibə verib

Son vaxtlar cəmiyyətdə paranormal hadisələr baş verir. Belə ki, dünən ata 2 azyaşlı oğlunu bıcaqlayıb, kişi arvadını binadan atıb, oğul 89 yaşlı atasını döyərək öldürüb, Xalq artisti Ağadadaş Ağayev gözətçiyə əvvəl balta atıb, sonra əlbəyaxa dava edib. Biz əvvəllər belə hadisələri xarici ölkələrdə v ə Türkiyədə müşahidə edirdik. Maraqlıdır, cəmiyyətdə nə baş verir? Problemi necə aradan […]

F.ü.f.d. Elnur Rüstəmov bizim.media saytına müsahibə verib

Zamanın qavranılması insan psixologiyasının valehedici cəhətlərindəndir. Hər kəs zamanın nə qədər dəyərli, hətta qızıl kimi qiymətli olduğundan bəhs edir. Çoxu vaxtın sürətli keçməsindən ehtiyat edir. Son illərdə isə demək olar ki, hamı zamanın uçmasından şikayətlənir. Sanki illər keçdikcə zaman anlayışı daralır, bir gün 1 saat, bir il 1 ay kimi sürətli keçir. Elə bil insanlar […]

F.ü.f.d. Elnur Rüstəmov bizim.media saytına müsahibə verib

Son zamanlar demək olar ki, hamı yoğunluqdan şikayət edir. İnsanların böyük əksəriyyəti “necəsən” sualına “yorğun hiss edirəm” cavabını verir. Bir çoxları yorğunluğu fiziki, digər əksəriyyət isə psixoloji amil kimi qiymətləndirir. Son illərdə davamlı olaraq qarşılaşdığımız və ya ətrafımızdakılardan tez-tez eşitdiyimiz yorğunluq şikayətləri hansısa xəstəliyin də əlamətləri ola bilər. Maraqlıdır, yorğunluq fiziki, yoxsa psixoloji baş verir? […]

F.ü.f.d. Elnur Rüstəmov moderator.az  saytına müsahibə verib

Günümüzdə aktual problemlərdən biri də zamanla  boşanmaların sayının artmağıdır. Bu xüsusiliklə yeni ailə həyatı qurmuş gənclər arasında baş verir. Bəs,  gənc ailələr arasındakı problemlərin yaranmağına daha çox səbəb olan nəsnələr nədən ibarətdir? Mövzu ilə bağlı Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov Moderator.az-a danışdı: “Günümüzdə olan aktual problemlərdən biri də boşanmaların sayında olan artımdır. Respublikada boşanmaların […]

F.ü.f.d. Elnur Rüstəmov bakivaxti.az  saytına müsahibə verib.

Bu gün İslam təqvimi ilə Azərbaycanda Aşuradır. Bakıvaxtı.az xəbər verir ki,Aşura Məhərrəm ayının 10-cu günü qeyd olunur.  Aşura zamanı müsəlmanlar dini mərasimləri həyata keçirirlər. Bəzi valideynlər bu məclislərə öz uşaqlarını da aparır. Bəs görəsən uşaqların şahid olduqları zəncirvurma, qantökmə kimi hallar onların psixologiyasına necə təsir göstərir? Bu barədə Bakıvaxtı.az-a açıqlama verən psixoloq Elnur Rüstəmov bildirib ki, bəzən dini […]

AMEA-nın müxbir üzvü, professor, Milli Məclisinin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev müəllimlərin sertifikatlaşdırılması ilə bağlı muallim.edu.az saytına müsahibə verib

“Atılan hər addımın bir məqsədi var, o da müəllim üçün münbit şəraitin yaradılmasıdır” 2024-cü il üçün sertifikatlaşdırma prosesi başlayır və bu proses müəllimlər qədər ictimaiyyət nümayəndələri üçün də maraqlıdır. Məsələ ilə bağlı “Azərbaycan müəllimi”nə danışan Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Bəxtiyar Əliyev bildirib ki, prosesi sadəcə izləmir, qanuni bazanın hazırlanmasında iştirak edənlərdən biri […]

F.ü.f.d. Elnur Rüstəmov bakivaxti.az saytına müsahibə verib

Bakıvaxtı.az xəbər verir ki, ali təhsil müəssisələrinə qəbul imtahanlarının birinci cəhdi II və III ixtisas qrupları üzrə mayın 26-da, I və IV ixtisas qrupları üzrə iyunun 2-də keçiriləcək. Məlumdur ki, 11 il ərzində oxuyub ali məktəbə qəbul olmaq üçün çalışan abituriyentlər kiyafət qədər stress yaşayırlar. Bu stress isə onların nəticələrinə təsirsiz ötüşmür. Eyni zamanda təəssüflər olsun […]

AMEA-nın müxbir üzvü, professor, psixologiya elmləri doktoru, Milli Məclisin deputatı, Azərbaycan Respublikası Milli Məclisinin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyevin “Ümummilli Lider və Milli Dövlətçilik” məqaləsini təqdim edirik

Liderlik mürəkkəb və çoxcəhətli hadisədir. Lider anlayışına və onun təbiətinə müxtəlif yanaşmalar mövcuddur. Bəzi müəlliflərin fikrincə, liderlik – bütün qrupa yönəlmiş və qrup tərəfindən qəbul edilən birmənalılığı və sabitliyi ilə səciyyələnən təsirdir (V.Kats, L.Edinqer). E.Boqardusun əlamətlər nəzəriyyəsinə görə, liderliyin mahiyyəti ayrı-ayrı şəxslərin müstəsna keyfiyyətləri ilə şərtlənir. Bu konsepsiyanın tərəfdarları liderə xas olan əsas keyfiyyətlərə bunları […]

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, f.ü.f.d Elnur Rüstəmov Qaynarinfo.az saytına müsahibə verib

“Mənfi xəbərlərin istehlakı artan narahatlığa, təşviş və depressiyaya kəskin sürətdə şərait yaradır”. Bunu Qaynarinfo-ya açıqlamasında psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın “media məhsulları sosial şüura təsir göstərir” fikirinə münasibətində deyib.  Psixoloq bildirib ki, sosial media yeni insanlarla əlaqə qurmağın, eləcə də məlumat […]