21.10.2025-ci il tarixində AMEA-nın müxbir üzvü, professor Bəxtiyar Əliyevlə Müasir Azərbaycan Psixoloqları İctimai Birliyi və Psixologiya Elmi Tədqiqat İnstitutunun XII könüllü qrupu üzvlərinin görüşü keçirilib.

Görüş zamanı psixologiya elminin aktual problemləri ilə bağlı müzakirə aparılıb, tələbələri maraqlandıran suallar cavablandırılıb. Sonra Psixoloq könüllülər noyabr ayında keçirilməsi nəzərdə tutulan “Psixoloq könüllülərin I Respublika konfransı”na hazırlıq, Birliyin saytlarının işləri və könüllülərin akademik fəaliyyətləri müzakirə olunub.