21.07.2025 tarixində Müasir Azərbaycan Psixoloqları cəmiyyəti və Psixologiya Elmi Tədqiqat İnstitutunun XII könüllü fəaliyyət proqramı üzvləri üçün təşkil olunmuş peşəkar inkişaf təlimlərinin ilk dərsi baş tutdu.
Dərsi “MAK kart texnikaları” mövzusunda könüllü fəaliyyət qrupu rəhbəri, psixoloq Emilya Nəsibova tədris etdi. Könüllülərimizin diqqət və marağını yüksək qiymətləndirir, onlara uğurlar arzu edirik.